Mətanət İsgəndərlinin gəlini Elşad Abdullayevin zəngindən  DANIŞDI: "ancaq prokurorluğa..."
09 dekabr 2023 18:17 (UTC +04:00)

Mətanət İsgəndərlinin gəlini Elşad Abdullayevin zəngindən DANIŞDI: "ancaq prokurorluğa..."

Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana Elşad Abdullayevin ona niyə zəng etməsinə cavab verməkdə tərəddüd edib.

Lent.az-a danışan Canana bildirib ki, vəkili bu mövzuda açıqlama verməyə qadağa qoyub. Onun sözlərinə görə, yalnız prokurorluqda bu haqda ondan soruşulsa, açıq təfərrüatlarla cavab verəcək.

Qeyd edək ki, MTV-də yayımlanan "Tarixin bir günü" verilişində müğənninin keçmiş gəlini Canana bildirib ki, keçmiş qayınanası ilə qalmaqal yaşadığı zaman Fransadan ona zəng gəlib.
Müğənninin keçmiş gəlini bildirib ki, hazırda Fransada mühacir həyatı yaşayan, Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev ona zəng edib.

Canananın efirdə bu açıqlaması şok effekti yaradıb.

İddia olunur ki, Elşad Abdullayev Cananaya video zəng edib və itkin düşmüş qardaşının yerini soruşub.

Qeyd edək ki, illər əvvəl də M.İsgəndərlinin adı "Elşad Abdullayev işi"ndə hallanıb. 

Müğənni məsələ ilə bağlı illər əvvəl deyib ki, tanınmış insan olduğundan E.Abdullayev qardaşının yoxa çıxması ilə bağlı ictimaiyyətin fikrini yayındırmaq və diqqəti ona yönəltmək üçün onu ittiham edib: “Elşadla təklikdə olan görüşümüz zamanı o mənimlə mehriban danışıb, irad bildirməyib, Mahirin sağ olduğunu söyləyib, salamını çatdırıb, məni heç bir şeydə ittiham etməyib. Sonradan Elşadın nə səbəbə, nə məqsədlə mənə qarşı bu cür ittihamlar etməsinin səbəbini bilmirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 19902
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07