Mətanət Əsədovadan  ŞOK açıqlamalar
30 oktyabr 2023 17:56 (UTC +04:00)

Mətanət Əsədovadan ŞOK açıqlamalar

“Biri var ki, səhnəyə ustaddan təhsil alıb gələsən, biri də var ki, yataqdan durub çıxasan səhnəyə. Çöldə maşın vurmuş küçə heyvanı onlardan mənə daha hörmətlidir. Qıcqırmış iyindən onlara yaxın durmaq olmur”.

Lent.az-ın xəbərinə görə, bu sözləri müğənni Mətanət Əsədova teleproqramların birində səsləndirib.

O, konsert verməyə imkanının olmamasından da danışıb.

“Bəzilərinin sponsoru var. Allah hamısının yolunu açıq etsin. Mənim isə yoxdur. Nə də ki, ölsəm, heç kimə demərəm ki, gəl, bunu mənim üçün et.. Öləndən sonra əlinizdə çomaqla axtarıb, soruşacaqsınız ki, “Hanı oxuyan o Mətanət?”

Mətanətin pulu yoxdur ki, konsert keçirilən məkanın arenda pulunu ödəsin. Pulu olmamaq ayıb bir məsələdir? Çatdıra bilmirəm. Mahnını yazdırmağı, aranjiman etməyi, geyimi alım, yoxsa gündəlik təlabatımı ödəyim? Bu problemləri dilə gətirəndə ayıb olur?”

O, ana olmaq istəyini də dilə gətirib. Uşağın atası barədə sualı sərt cavablandırıb.

“Allah imkan versə, ana olacağam, inşallah. Heç kimin başı üçün deyil ki, mənim şəxsi həyatıma qarışsın. Mənimlə heç kim oyun oynaya bilməz”. 


 

# 4569
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar