Məşhur müğənninin bir yaşlı qızı COVID-19-a yoluxdu
07 noyabr 2021 15:31 (UTC +04:00)

Məşhur müğənninin bir yaşlı qızı COVID-19-a yoluxdu

Britaniyalı müğənni Ed Şiran azyaşlı qızı Layranın COVID-19 testinin müsbət çıxdığını açıqlayıb. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, sənətçinin özü də koronavirusa yoluxub.

Ed Şiran iki həftə özünü təcrid edib. 30 yaşlı müğənni 1 yaşlı qızı Layranın da COVID-19-a yoluxduğunu açıqlayıb. 

“Həyat yoldaşım yox idi, mən də qızımla birlikdə idim. O da COVID-19-a yoluxub. Buna görə də olduqca çətin idi”, - Şiran  SiriusXM şousunda deyib əlavə edib ki, körpənin xəstəliyinin ilk üç günü xüsusilə çətin olub.

İndi sənətçi artıq xəstəliyin öhdəsindən gəlib. Ed dəhşətli hesab etdiyi üçün koronavirusa yoluxduğunu açıq şəkildə elan etmək istəmədiyini deyib. Lakin xəstəlik səbəbiylə yeni albom üçün promo tədbirlərini ləğv etdiyindən bunu etməli olduğunu qeyd edib.

Noyabrın 5-fə Şiran “Instagram”da tamamilə sağlam olduğunu bildirən bir post yayımlayıb: "Bu şəkli COVID-19 təcridindən azad olduğumu bildirmək üçün yayımlayıram, yaxşıyam və karantinim bitdi".

2020-ci ilin avqustunda Ed Şiran və həyat yoldaşı Çerri Siborn valideyn olublar. Onların Layra Antarktika Siborn Şiran adlı bir qız uşağı dünyaya gəlib.

Ed və Cerri 2018-ci il yanvarın 21-də nişanlanıblar. Çerri keçmiş xokkeyçi və orta məktəb dostudur. Cütlük nişanlandıqdan bir il sonra evlənib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5472
avatar

Oxşar yazılar