Məşhur müğənni uzun illər sonra  anası ilə   görüşdü
26 may 2023 12:49 (UTC +04:00)

Məşhur müğənni uzun illər sonra anası ilə görüşdü

Məşhur pop ulduz Britni Spirs uzun illərdir anası ilə küsülü idi. Onların münasibəti Britni hələ 13 yaşında olarkən pozulub.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 30 il sonra müğənni anası Linn ilə görüşməyə razı olub. O, anasını öz evində qəbul edib.

Müğənni ilə anasının görüşü 30 dəqiqə çəkib. Söhbətdə Britninin əri də iştirak edib.

Qeyd edək ki, Britni Spirs çox gənc yaşlarından şöhrət qazanıb. Qızın hamiliyi üçün boşanan ata-anası çox mübarizə aparıb. Sonda anası hamiliyi Britninin atasına verməli olub. Bu səbəbdən Britninin anası ilə münasibətləri yaxşı olmayıb və uzun müddət küsülü qalıblar.

Britni Spirs daha sonra psixi xəstəliyə tutulduğuna görə atası 2021-ci ilə qədər qızına hamilik edib. Britni 2021-ci ildə məhkəmə yolu ilə hamiliyi ləğv etdirib.

# 3282
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar