Britaniyalı məşhur müğənni Ed Şiran Las-Veqasda tanımadığı adamların toyuna qonaq olub. O, kilsədə nikah mərasiminə gəlib və cütlük üçün gələcək albomu üçün hazırladığı yeni mahnısını oxuyub.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Cordan və Karter Lindelfild cütlüyü bu sürprizi həyəcanla qarşılayıb.
Ed Şeran mahnı oxumaqla qalmayıb, onların nikah şahidliyini də edib.
Birlikdə çəkilmiş şəkilləri isə milyonlarla izləyicisi olan sosial şəbəkə hesabında paylaşıb.