Məşhur müğənni evini satdı:  Bu qədər pul itirdi
19 avqust 2022 10:33 (UTC +04:00)

Məşhur müğənni evini satdı: Bu qədər pul itirdi

Müğənni Rihanna Los-Ancelesdəki Hollivud holda yerləşən malikanəsindən külli miqdarda ziyana düşməklə xilas olub.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, sövdələşmə 6,6 milyon dollar təşkil edib. Alıcının adı naməlum olaraq qalır.

Aralıq dənizi üslublu ev 2018-ci ilin sonunda satışa çıxarılsa da, son vaxtlara qədər ona alıcı tapmaq mümkün olmayıb. Rihanna 2017-ci ildə malikanəni almaq üçün ödədiyi məbləğlə müqayisədə indiki satış nəticəsində təxminən 250 min dollardan daha çox zərər çəkib.

Müğənni əvvəlcə 662,3 kvadratmetrlik mülkü 7,5 milyon dollara satmağı planlaşdırırdı.

2015-ci ildə tikilmiş malikanədə 6 yataq otağı, 10 vanna otağı, mətbəx, yeməkxana, ev kinoteatrı və hovuz otağı var. İnteryer əsasən açıq rənglərdə hazırlanıb. Obyektin xüsusiyyətləri arasında rieltorlar hündür tavanları, tağlı qapıları, həmçinin pəncərədən Los-Ancelesin və dağların mənzərələrini vurğulayırlar.

# 3438
avatar

Oxşar yazılar