Türkiyəli məşhur aktrisa və aparıcı Yeliz Şar xəstəxanaya yerləşdirilib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə o özü sosial şəbəkə hesabında məlumat yayıb.
Ötən gün 46 yaşlı aktrisa 40 dərəcə temperaturla xəstəxanaya getdiyini yazıb.
O xəstəxanadan foto paylaşaraq "Kim deyir ki, mən iynədən qorxuram! Bir qadın olaraq tək başıma o qədər çətnliklərdən keçmişəm ki... 40 dərəcə temperatur mənə nə edə bilər?" sözlərini yazıb.