Məşhur aktyora  HÖKM OXUNDU
12 yanvar 2022 10:45 (UTC +04:00)

Məşhur aktyora HÖKM OXUNDU

Türkiyəli müğənni Sıla Gəncoğluna zorakılıq etdiyi iddia olunan aktyor Ahmet Kuralın məhkəmə prosesi sona çatıb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “təhqir, hədə-qorxu və qəsdən xəsarət yetirmə” maddələri ilə ittiham olunan aktyor Ahmet Kurala 1 il 4 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Aktyor qərara etiraz etsə də, hakim tərəfindən rədd olunub.

Sılanın vəkili isə açıqlamasında deyib: “Ədalət gec də olsa yerini tapdığı üçün çox xoşbəxtik”.

 

# 3441
avatar

Sevinc Fərid

Oxşar yazılar