Məşhur aktyor ÖLÜMDƏN DÖNDÜ
10 avqust 2022 10:29 (UTC +04:00)

Məşhur aktyor ÖLÜMDƏN DÖNDÜ

Ekranların ən çox bəyənilən aktyorlarından olan Çağatay Ulusoy baş rolda oynadığı yeni layihəsi ilə son vaxtlar böyük səs-küyə səbəb olub. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, rejissorluğu Cem Karcının olduğu "Terzi" serialında “Peyami” obrazını canlandıran aktyor bu yaxınlarda çəkiliş meydançasında qəza keçirib.

Aksiyon səhnəsi çəkilərkən birdən maşının üzərindəki kamera yerindən çıxıb. Maşının şüşəsinin əvəzinə kameranın yerə düşməsi ilə aktyor ölümdən dönüb.

Qırılan kameranın qiymətinin 500 min TL (təxminən 50 min manat) olduğu öyrənilib. Ulusoyun kameranın icarəyə götürüldüyü şirkətin ortaqlarından biri olduğu da bildirilir.
 

# 1728
avatar

Oxşar yazılar