Məşhur aktyorun dəyişimi hər kəsi təəccübləndirdi
11 iyul 2022 18:59 (UTC +04:00)

Məşhur aktyorun dəyişimi hər kəsi təəccübləndirdi

Məşhur aktyor hər kəsi təəccübləndirdi - FOTO

Türkiyənin bir zamanlar tanınmış aktyoru, son illər kəskin psixoloji problemlərdən əziyyət çəkən və buna görə müalicə alan Arda Kural sağlamlığına qovuşub. 

Lent.az-ın Türkiyə KİV-nə istinadla xəbərinə görə, o, sosial şəbəkə hesabında yeni foto paylaşaraq gündəmə gəlib. Onun sözlərinə görə, saxladığı pəhrizlə 2 ayda 14 kilo çəki itirib. 

40 yaşlı oyunçu deyib ki, ekranlara yenidən qayıtmaq üçün daim çalışır:

"Əvvəlki Arda olmaq üçün əlimdən gələni edirəm. Sosial media hesablarıma gələn mesajlar ən böyük motivasiyamdır".

Onun dəyişim fotoları gündəmdə geniş müzakirələrə səbəb olub. Hətta "Twitter"də #Ardakural həştəqi də populyarlaşıb. 

Aktyor Arda Kuralın ən yeni fotosu

 

# 3075
avatar

Nigar Namiq

Oxşar yazılar