Məşhur aktrisa evini 17 milyon dollara satır - FOTO
12 yanvar 2023 04:56 (UTC +04:00)

Məşhur aktrisa evini 17 milyon dollara satır - FOTO

Böyük Britaniyadan olan aktrisa Helen Mirren Los-Ancelesdəki evini 17 milyon dollara satışa çıxarıb.

Lent.az xəbər verir ki, Helen Mirren və əri, rejissor Teylor Hekford ABŞ-dakı evlərindən qurtulmaq qərarına gəliblər. 

Malikanə 1911-ci ildə tikilib.

2,6 hektar ərazidə iki yaşayış binası - əsas və qonaq evi mövcuddur.

Evdə səkkiz yataq otağı və on bir vanna otağı var.

Ərazidə yaşayış binalarından əlavə bağ, hovuz, beş avtomobil üçün qaraj və geniş terras da var. 
 

# 2286
avatar

Oxşar yazılar