Mehriban Xanlarovadan övladlığa götürdüyü  qızla bağlı QƏRİBƏ AÇIQLAMA
03 dekabr 2024 19:07 (UTC +04:00)

Mehriban Xanlarovadan övladlığa götürdüyü qızla bağlı QƏRİBƏ AÇIQLAMA

Əməkdar artist Mehriban Xanlarova övladlığa götürdüyü bacısı qızı Aysellə bağlı maraqlı açıqlama yayıb.

Lent.az-ın xəbərinə görə, o sosial şəbəkə hesabında Ayselin şəklinin altına belə yazıb:

"Rəhmətlik bacımın vəsiyyətinə əsasən onun 3 yaşında olan qızını böyüdərək analıq etmişəm. Uzun müddətdir həmin şəxslə əlaqəm yoxdur. Onunla bağlı məsuliyyət, cavabdehlik daşımıram. Bu məsələ ilə bağlı heç bir jurnalist mənə zəng etməsin. Çünki açıqlama verməyəcəm. Vətənimin bütün gəncləri mənim doğma övladlarımdır".

Qeyd edək ki, Ayselin 4 övladı var və qızına Mehriban adını verib. O illər öncə Cəlilabada gəlin köçüb.

Mehriban Xanlarova iki dəfə ailəli olub. Buna qədər qızı kimi təqdim etdiyi Ayselin onun birinci evliliyindən olduğu bildirilirdi. Aktrisanın ikinci evliliyi də uzun çəkməyib və bu izdivacdan da övladı yoxdur. 

2016-cı ildə aktrisa xəstə olarkən belə bir açıqlama yayıb: “Hər kəs mənə sual verir ki, Mehriban xanım niyə bu sirri açdınız? Sadəcə, istədim sağ ikən xalqım bunu məndən eşitsin. Dünyanın işini bilmək olmaz. Bu gün varıq, sabah yoxuq.

İstəmirəm dünyamı dəyişəndən sonra haqqımda artıq-əskik danışsınlar. Bu sirri açmaqdan utanmıram, nə də heç kimdən çəkinmirəm. Bunu da nəzərinizə çatdırmaq istəyirəm ki, Aysellə münasibətimiz əladır. Dördüncü nəvəm dünyaya gələcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3030
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar