“Kişi kimi yaşayıb, kişi kimi ölmək” – Araz Zeynalov un reper oğlu yazdı
05 avqust 2022 09:21 (UTC +04:00)

“Kişi kimi yaşayıb, kişi kimi ölmək” – Araz Zeynalovun reper oğlu yazdı

Keçmiş “HOST” qrupunun üzvü AİD ləqəbi ilə bilinən reper Orxan Zeynallı vəfat edən atası, tanınmış jurnalist Araz Zeynalov haqqında yazıb.

Lent.az xəbər verir ki, bu barədə reper şəxsi “Instagram” hesabında paylaşım edib: 

"Prospektin yazılmamış bir nömrəli qanunu - “Kişi kimi yaşayıb, kişi kimi ölmək”dir. Mən özüm belə pafoslu məhəllə əfsanələrindən uzaq olsam da, köhnə məktəb nümayəndələrinin haqqını yemək olmaz. İntellektual, geyimi keçimi yerində, hazırcavablıq, yumor hissi, status, xeyirxahlıq və cəmiyyətdə hörmət. Bu sadalanan dəyər və prinsiplərə son gününə qədər əməl etmək.

Dünən atam dünyasını öz sevimli prospektində dəyişdi. Son aylar yataqdan qalxmasa belə, bahalı ətirindən mütləq istifadə edirdi, zarafatlarından qalmırdı. Deyirdi ki, yubileyimdə rəhmətə getsəm, yaxşı xəbər başlıqları alınar…

Yubiley məsələsi olmasa da, başlıqlar və postlar bol olacaq. Adına layiq. Onun üçün çox vacib idi. Allah rəhmət eləsin, papa".

Xatırladaq ki, jurnalist  A.Zeynalov avqustun 3-də 61 yaşında uzun sürən xəstəlikdən dünyasını dəyişib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9897
avatar

Sevinc Fərid

Oxşar yazılar