Justin Timberlake ilk dəfə  Azərbaycanda çıxış edəcək
11 aprel 2025 13:55 (UTC +04:00)

Justin Timberlake ilk dəfə Azərbaycanda çıxış edəcək

Justin Timberlake “The Forget Tomorrow” dünya turu çərçivəsində ilk dəfə olaraq Azərbaycanda çıxış edəcək.

Lent.az xəbər verir ki, “İTicket Production” və “Dream Group International” şirkətlərinin təşkilati dəstəyi ilə keçiriləcək tədbir 2025-ci il iyulun 27-də tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq. Dünyanın ən tanınmış pop ifaçılarından biri olan Justin Timberlake musiqi, kino və şou-biznes sahəsində çoxşaxəli fəaliyyəti ilə seçilir. 

90-cı illərin sonlarında NSYNC qrupunun üzvü kimi dünya şöhrəti qazanan Timberlake qısa zamanda solo karyerasına başlayaraq öz adını pop musiqisinin zirvəsinə yazdırıb. Həmin illərdə Justin ilk albomu “Justified” olan, daha sonra “FutureSex/LoveSounds” və “The 20/20 Experience” kimi albomlarla milyonlarla dinləyicini ələ almışdır.

Justinin uğurları təkcə musiqi ilə məhdudlaşmır. 10 “Grammy”, 4 “Emmy” və “Can’t Stop the Feeling!” hitinə görə “Oskar” nominasiyasına layiq görülən ifaçı dünya üzrə musiqi sıralamalarını titrədərək milyonların sevimlisinə çevrilmişdir. O həmçinin bir çox Hollivud filmlərində aktyor kimi uğurla çıxış etmişdir.

Biletlər aprel 14-də saat 12:00-da rəsmi iTicket.az saytı, mobil tətbiqi və şəhərin bütün kassalarında satışa çıxacaq
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 950

Oxşar yazılar