Məşhur aktyor Bredli Kuper və məşhur model Cici Hadid Nyu-Yorkda birlikdə görüntülənib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, cütlük paparassilərin müşayiəti ilə birlikdə şəhəri gəzib.
Aşiqlər oxşar geyim seçiblər - 59 yaşlı aktyor şalvar və qırmızı köynək, 29 yaşlı model isə eyni qırmızı sviter, cins şalvar və papaqlı top geyinib.
Cici və Bredli əl-ələ tutub gülərək küçələri gəziblər.
Ulduzlar ilk dəfə 2023-cü ilin oktyabr ayının əvvəlindən birikdə olsalar da, kameralardan gizlənirdilər. Onları Kuperin keçmiş sevgilisi, model İrina Şeyk tanış edib.
Xatırladaq ki, İrina və Kuper 2015-ci ilin yazında görüşməyə başlayıblar və 2017-ci ilin martında onların qızı Liya dünyaya gəlib. 2019-cu ildə cütlük əla dostluq münasibətləri saxlayaraq dörd illik evlilikdən sonra ayrılıb.
Cici qısa müddətli münasibətdən sonra 2023-cü ilin yayın əvvəlində Leonardo Di Kapriodan ayrılıb. Top modelin müğənni Zeyn Malikdən üç yaşlı Hai adlı qızı var.