Flora Fərimova və Afət Fərmanqızı
30 iyun 2022 16:15 (UTC +04:00)

Flora Fərimova və Afət Fərmanqızı

Flora Kərimovadan Afət Fərmanqızına qarşı 100 minlik İDDİA - YENİLƏNİB

Müğənni Afət Fərmanqızı Xalq artisti Flora Kərimovanın onunla bağlı mülki qaydada iddia qaldırıb təzminat tələb etməsinə münasibət bildirib.

Müğənni bildirib ki, bir müddətdir ölkə xaricindədir, hamilə olması ilə bağlı həkimlərin rəyinə əsasən, Azərbaycana gələ bilmir:

“Flora Kərimovanın mənimlə bağlı növbəti dəfə məhkəməyə müraciət etməsindən xəbərdaram. Hazırda hamiləlik səbəbi ilə uzaq yola çıxa bilmirəm. Bildiyim qədəri ilə Flora Kərimova ondan üzr istəməyimi və mənəvi ziyana görə külli miqdarda pul tələb edir. İttihamların heç birini qəbul etmirəm, inşallah, səhhətim imkan verdikdən sonra ölkəyə qayıdıb məhkəmədə iştirak edəcəm”.

Lent.az APA-ya istinadla xəbər verir ki, Flora Kərimova dəymiş mənəvi ziyana görə Afət Fərmanqızıdan 100 min manat tələb edir.

***

15.37

 

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızı ilə bağlı növbəti dəfə məhkəməyə müraciət edib.

Lent.az APA-ya istinadla xəbər verir ki, Xalq artisti bu dəfə Nərimanov rayon Məhkəməsində mülki iddia qaldırıb. İddiada Afət Fərmanqızının üzr istəməsi və dəymiş mənəvi ziyana görə maddi təzminat tələbi irəli sürülüb.İş üzrə məhkəmənin hazırlıq iclası avqustun 10-a təyin olunub.

Xatırladaq ki, Flora Kərimovanın Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı Binəqədi Rayon Məhkəməsində araşdırma aparılır. Həmin işdə Afət Fərmanqızı məhkəməyə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandılıb. Xüsusi ittimaçı Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edir.

# 3891
avatar

Oxşar yazılar