Xalq artisti Emin Ağalarov Bakıda keçirilən musiqi festivalında qırmızı xalıya ailə üzvləri ilə birlikdə çıxıb.
O, həyat yoldaşı Alyona Qavrilova və bacısı Şeyla ilə birlikdə kamera qarşısına keçdikdən sonra daha bir nəfəri yanlarına dəvət edib.
Lent.az xəbər verir ki, müğənni ailə üzvlərini və bacısının nişanlısını mediaya təqdim edib.
Bacısının yanındakı şəxsi göstərən Emin "Aleks, bacımın gələcək həyat yoldaşıdır" sözlərini söyləyib.