“Onun peşəsinə hörmət etdiyim üçün işindən ayrılmasını istəmirəm. Əlimdə elə səbəblər var ki...
Yaşadığımı heç bir qadına arzulamıram. Yaşadığım 2 ili Allah heç kimin övladına yaşatmasın. Onun illərini verdiyi peşə var, ona hörmət olaraq susuram. Allah onun bundan sonrakı qurbanlarına səbr versin".
Lent.az-ın məlumatına görə, bu fikirləri Əməkdar artist Nigar Şabanova "Elgizlə izlə" proqramında hərbçi həyat yoldaşı Xəyyam Qaragözovdan boşanması haqqında suala cavab olaraq səsləndirib:
“Bir qadın ailəsi dağılmasın deyə təkbaşına mübarizə aparırsa, qarşı tərəf üçün əhəmiyyətli deyilsə, ziyanın yarısından qayıtmaq lazımdır. Aylardır bu mövzunu qapalı saxlayıram. 6 ay əvvəl boşanmışıq. Tanınmış insansan, yayılır.
Boşanmağımıza səbəb nə qısqanclıq, nə də xəyanət olub. Kaş elə qısqanc olardı. Nə qısqanclıq, nə xəyanət var. Böyük səbəblər idi. Xəyanət üçün ailə dağılmaz”.