Türkiyəli məşhur müğənni Kənan Doğulu həyat yoldaşı, məşhur aktrisa Beren Saatdan danışıb.
Lent.az xəbər verir ki, 2014-cü ildən aktrisa ilə evli olan Kənan Doğulu qatıldığı proqramda onunla necə tanış olmasından danışıb:
“Əslində bir məclisdə tanış olmuşduq. Amma Yılmaz Ərdoğan və Belçim kimi dostlarımız bizi bir araya gətirməyə çalışırdılar. Tanış olduğumuz an dünya mənim üçün dayandı. Sevgi sistemim çökdü, qapandım. O, görüşdən 12 il ötür. İlk 2 ili sevgili, 10 ili isə evli keçirmişik. Artıq 12 ildir birlikdəyik”.
Qeyd edək ki, Kənan Doğulu və Beren Saat 2014-cü ilin iyulunda Los-Ancelesdə ailə qurublar.