Cennifer Lopez Ben Afflekdən boşanıb keçmiş sevgilisinə qayıdır?
17 iyun 2024 13:22 (UTC +04:00)

Cennifer Lopez Ben Afflekdən boşanıb keçmiş sevgilisinə qayıdır?

Ulduz cütlük Cennifer Lopes və Ben Afflekin evliliyində problemlərlə bağlı şayiələr uzun müddətdir medianı çalxalayır.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə,  Lopez Ben Afflekdən boşandıqdan sonra keçmiş sevgilisinə qayıda bilər.

Söhbət Lopesin 2017-2021-ci illərdə, yəni Benlə ailə qurmazdan əvvəl birlikdə olduğu amerikalı beysbolçu Aleks Rodrigezdən gedir. İddialara görə, müğənni idmançının xəyanətinə görə nişanı dayandırıb:

“O, Lopesin ən yaxşı keçmiş sevgilisi olub, ikisinin də həyata baxışı eyni idi. Bundan əlavə, Lopes və Rodriges arasındakı münasibət kifayət qədər uzun müddət davam edib”.

 Ben Afflekin son zamanlar pərişan hala düşdüyü və içki aludəçisinə çevrilməsi də gəzən xəbərlər arasında yer alır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3492
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar