Britni Spirsin oğulları ondan  üz döndərdilər
16 may 2023 12:50 (UTC +04:00)

Britni Spirsin oğulları ondan üz döndərdilər

Dünya şöhrətli pop müğənni Britni Spirs 1 ildən çoxdur oğlanlarından ayrı yaşayır.

Lent.az-ın  xarici mətbuata istinadən xəbərinə görə, uşaqları analarının telefon zənglərinə cavab vermirlər. Bu barədə müğənni özü müsahibəsində danışıb.

Spirsin 17 yaşlı oğlu Şon Preston və 16 yaşlı oğlu Ceyden Ceyms il yarımdır onunla küsülüdürlər.

Britni Spirs idmançı Sem Asqari ilə evləndikdən sonra oğulları ondan üz döndəriblər.

# 1947
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar