Britni Spirs bu dəfə özü ilə EVLƏNDİ : "Ağlı ilə problemi var" - FOTO
02 dekabr 2022 19:51 (UTC +04:00)

Britni Spirs bu dəfə özü ilə EVLƏNDİ: "Ağlı ilə problemi var" - FOTO

Dünyaca məşhur pop müğənni Britni Spirs haqqında mediada yeni xəbərlər dolaşır. 

Lent.az xəbər verir ki, 40 yaşlı amerikalı ifaçı gözlənilməz açıqlama verib. "Instagram" səhifəsində izləyiciləri ilə ağ əlbisədə açıq-saçıq görüntülərini paylaşaraq bu sözləri yazıb:

"Bəli... Mən özümlə evləndim, çünki darıxdım. Mən ağ örtüyü çox sevirəm". Bu paylaşımına 100 mindən artıq bəyənmə gələn Britniyə izləyiciləri gözlənilməz şərhlər yazıblar.

Ona "Britninin ağlı ilə problemi var", "kimsə onun əlindən telefonunu alsın", "bu, qorxulu filmdən bir səhnədir?", - deyə, xeyli mənfi rəylər yazılıb. 

Qeyd edək ki, atası ilə problemlər yaşayan Britni Spirs məhkəməni qazanandan sonra özündən yaşca kiçik sevgilisi ilə evlənib. 

# 3144
avatar

Nigar Namiq

Oxşar yazılar