“Böyük şəhərdə seks” serialının ulduzu Kristin Devis serialın bir bölümündə sinəsini açmaq istəmədiyini bildirib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Şarlotta York obrazı ilə tanınan 60 yaşlı aktrisa 5-ci mövsümün ilk seriyasında çəkildiyi səhnəni xatırlayıb.
O, həmin səhnəni indi “alçaldıcı” kimi təsvir edir və şounun baş prodüseri Maykl Patrik Kinqi onu soyunmağa məcbur etməkdə günahlandırır.
“Maykl Patrik (Kinq) məni buna məcbur etdi. O, daim deyirdi: "Hər şey yaxşı olacaq. Bu, əla alınacaq".
Amma biz restoranda idik. Hər yerdə insanlar var idi,” – o, bildirib.
Kristin etiraf edib ki, kamera qarşısında soyunmalı olduğu üçün həmin vaxt “çox böyük stress” keçirib.