Borcdan canını qurtaran məşhur müğənnidən ŞAD XƏBƏR
18 avqust 2022 19:58 (UTC +04:00)

Borcdan canını qurtaran məşhur müğənnidən ŞAD XƏBƏR

Uzun müddət aliment və borc xəbərləri ilə müzakirə olunan, sənətə ara verən Türkiyənin məşhur müğənnisi Serdar Ortaç yeni açıqlamalarla gündəmə gəlib.

Lent.az xəbər verir ki, o, yeni layihələrin müjdəsini jurnalistlərə verib.

İfaçı bildirib ki, borclarını ödəyərək bitib və tezliklə albomunu yayımlayacaq:

"Gözəl bir "Proje 2" adlı albom gəlir. Bu layihədə Murat Boz, Gülşen, Aleyna Tilkinin ifaları olacaq. Yeni "İlaç" adlı bir mahnımı da təqdim edəcəyəm. Həmişəki Serdaram, fərqli bir şey etmirəm. Borc da yoxdur, bitib".

Serdar həyatı barədə film çəkiləcəyini də açıqlayıb:

"Bir ssenari gəldi, çox bəyəndim. Amma mən oynamayacağam. Yaponiyalıya oxşayan biri oynasın".

Qeyd edək ki, 52 yaşlı müğənni Serdar Ortaç bir vaxtlar "Karabiberim", "Mesafe", "Dansöz", "Asrın hatası" kimi bir çox mahnıları ilə populyarlığın zirvəsini yaşayıb.

# 3285
avatar

Nigar Namiq

Oxşar yazılar