Bloger "Location" klubunun sahibini POLİSƏ VERDİ:  "Şikayətə baxmırlar"
02 iyun 2022 12:30 (UTC +04:00)

Bloger "Location" klubunun sahibini POLİSƏ VERDİ: "Şikayətə baxmırlar"

Tanınmış bloger Aysel Şükürova "Location" gecə klubunda baş verən partlayış səbəbindən məkan sahiblərindən şikayət edib.

Lent.az xəbər verir ki, bu barədə bloger özünün sosial şəbəkə hesabında paylaşıb. 

O, paylaşımda itirdiyi pulların və xəstəxana xərclərinin qarşılanmadığını deyib:

"Uzun müddətdir bu barədə açıqlama vermək istəyirdim. Bədənimin müxtəlif yerləri partlayışda yanıb, əsasda ayaqlarım. Uzun müddətdir ki, müalicə alıram. Amma klub rəhbəri Elşən mənə dəymiş ziyanı qaytarmır. Nə yanğında itən telefonlarımın pulunu, nə də xəstəxana xərclərimi verirlər. Təkcə mənim yox, nə qədər şikayətçi var onlardan... Heç kimin pulunu vermirlər. Yalandan mənə dedilər 15 gün möhlət verin, artıq 1 ayı keçib. Lazımi yerlərə şikayət vermişəm. İnşallah, layiqi cəzalarını taparlar".

Polisə müraciət edən bloger şikayətinə baxılmadığını vurğulayıb:

 "İki telefonum yanğın zamanı yanıb, eyni zamanda da bədənim. Axırda mənə açıq şəkildə bəyan etdilər ki, get hara istəyirsən şikayət elə. Mənə dəymiş ziyanı qarşılamaq istəmirlər" sözlərini əlavə edib.

Qeyd edək ki, Bakıda "Location" gecə klubunda baş vermiş partlayışa görə obyekti icarəyə götürmüş "Merser Food" MMC-nin administratoru Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov həbs edilib. Həbs edilən menecer Orxan Səfərov məkanı qardaşı Elşən Səfərovla birlikdə işlədib.

Xatırladaq ki, “Location” gecə klubunda aprelin 3-də partlayış baş verib. Hadisə nəticəsində ümumilikdə 4 nəfər həlak olub, 34 nəfər yaralanıb. Partlayış nəticəsində 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.


 

# 2409
avatar

Fidan İlqar

Oxşar yazılar