Bakılı müğənni hamamdan foto paylaşdı:  “Başa düşürsünüz...”
14 yanvar 2022 15:34 (UTC +04:00)

Bakılı müğənni hamamdan foto paylaşdı: “Başa düşürsünüz...”

Tanınmış rusiyalı müğənni Larisa Dolina “Instagram”da öz şəklini paylaşıb. 

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, o, hamamdan çıxdıqdan sonra makiyajsız foto çəkdirib. Sənətçi hazırda yaxınları ilə birlikdə Kislovodskda dincəlir.

“Başa düşürsünüz ki, bu bizim ənənəmizdir... Hər il yanvarın 13-də dostlarımla hamama gedirik! Yuyunuruq! Bu ənənə çoxdandır ki, var”, - o, “Instagram”da bildirib. 

Xatırladaq ki, Larisa Dolina 1955-ci il sentyabrın 10-da Bakı şəhərində yəhudi ailəsində anadan olub.

# 3153
avatar

Sevinc Fərid

Oxşar yazılar