Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi  - Şok AÇIQLAMA
15 noyabr 2024 17:10 (UTC +04:00)

Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA

Dünən aşıq Namiq Fərhadoğlunun atası dünyasını dəyişib.

Lent.az-ın məlumatına görə, aşıq bildirib ki, atası həkim səhlənkarlığı nəticəsində həyatını itirib və o, atasının Şəmkir rayonu ərazisindəki xəstəxanada əməliyyat olunmasının tərəfdarı olmayıb:

“Gül kimi kişini məhv etdilər. 68 yaşında gümrah insan idi, o yaşı heç kim ona vermirdi. Ödündə daş var idi. Həkimlər deyirdi ki, “lal daş”dır, qorxusu yoxdur. Anamı müayinə etməyə həkimə aparanda özünü də yoxlatdırıb. Həkim deyib ki, təcili əməliyyat etmək lazımdır. Hər səhər görüntülü danışardıq. Əməliyyatdan sonra da zəng elədim. Son sözü bu oldu ki, mən o daşla yaşayırdım, hələ bundan sonra 10 il də yaşayardım, amma həkim məni məhv etdi”.

“Dedim ki, ay ata, gəl burada müayinə etdirək. Etiraz etdi. İki saatdan sonra yığdım, telefonu açmadı. Anam götürüb dedi 2 saat yarımdır ki, əməliyyat gedir. 4 gündən sonra da anamı əməliyyat ediblər. Pula görə ediblər. Həkim əlaqə saxlayıb dedi ki, atanı da buraxıram, ananı da, yaxşıdırlar. Amma atam yaşamadı” deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3888
avatar

Oxşar yazılar