Aleyna Tilkini şantaj etdilər
08 avqust 2024 12:37 (UTC +04:00)

Aleyna Tilkini şantaj etdilər

 Son zamanlar yaradıcılığından çox şəxsi həyatı ilə gündəm olan Aleyna Tilki kiber zorakılıqların radarına düşüb.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, səhnəyə çıxmasının və bu işdən pul qazanmasının qarşısını almaq istəyənlərin olduğunu  deyən Aleyna Tilki  bir dəfə "Prodüserimi bıçaqladılar, özümü ölümlə hədələdilər, qorxutmağa çalışdılar, amma qorxmuram" demişdi.

Aleyna yenidən şantajçıların hədəfinə çevrilib.
Aleyna Tilki indi kiber cinayətkarların radarındadır. Aleyna Tilkinin ev ünvanı, şəxsiyyət vəsiqəsinin identifikasiya nömrəsi və bir çox şəxsi məlumatlarını əldə edən İ.Y adlı şəxs sənətçinin atasına və menecerinə mesajlar yazıb.
İ.Y Aleyna Tilkinin atasına "Qızınızın vacib məlumatları sındırılıb" deyib.

O, sənətçinin menecerinə də elektron məktub göndərib.

Vəziyyətdən xəbərdar olan məşhur müğənni vəkili ilə birlikdə prokurorluğa şikayət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4152
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar