65 yaşlı aktrisa  özündən 20 yaş kiçik sevgilisi ilə evləndi
14 fevral 2024 10:57 (UTC +04:00)

65 yaşlı aktrisa özündən 20 yaş kiçik sevgilisi ilə evləndi

Türk kino sahəsinin unudulmaz adlarından olan 65 yaşlı aktrisa Banu Alkan evlənib. 

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yeşilçamın “Afrodita”sı adlandırılan Alkan özündən 20 yaş kiçik iş adamı Kamal Yıldızla ailə həyatı qurub. 

Aktrisanın verdiyi açıqlamaya görə, tezliklə toy olacaq və o, hazırda toya hazırlaşır. 

Banu Alkan geyinəcəyi gəlinliyi şəxsi sosial şəbəkə hesabında paylaşaraq izləyicilərinin fikrini soruşub. 

Qeyd edək ki, aktrisa həyat yoldaşının çox qısqanc olduğunu da vurğulayıb. 

“Kamalım məni çox qısqanır. Ancaq çox mədəni olduğu üçün dekolteyə əsəbiləşmir. 2 ildir bir yerdəyik. Bebekdə bir restoranda oturarkən, gəlib yanımda oturmaq istədi. Əvvəlcə cəsarətinə çox təəccübləndim, sonra yaraşıqlılığını görəndə qəbul etdim”, - deyə aktrisa danışıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16779
avatar

Sevinc Fərid

Oxşar yazılar