Qaraqanın “Mənim qaranlığım” konsertinin vaxtı dəyişdirildi
02 aprel 2011 22:57 (UTC +04:00)

Qaraqanın “Mənim qaranlığım” konsertinin vaxtı dəyişdirildi

Konsert təşkilatçılarının Lent.az-a verdikləri məlumata görə, Azərbaycan Dövlət Opera və Balet Teatrının inzibati rəhbərliyi teatrın səhnəsində texniki nasazlıq baş verdiyini bildirib. Bu səbəbdən xırda hazırlıq işləri tamamlananadək konsert başqa tarixə keçirilib.

Xatırladaq ki, “Mənim qaranlığım” Azərbaycan səhnəsində təqdim olunan ilk hip-hop müzikldir. Teatr kassasında aldığımız xəbərə görə, konsertin demək olar ki, bütün biletləri satılıb. Konsertin tam anşlaqla keçəcəyi gözlənilir.

Milli kitab mükafatının qalibi, prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, son on ildə ən çox satılan kitabların - “A” və “Bir milyon dollarım olsaydı” romanlarının müəllifi, 2008-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” nominasiyasına layiq görülmüş Qaraqan tamaşaçıları narahatlıq keçirməməyə və elanları izləməyə çağırır.

Konsertin yeni vaxtı barədə bu günlərdə əlavə məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1213

Oxşar yazılar