Şou-biznes nümayəndələri kimsəsizlər evində
23 mart 2011 19:31 (UTC +04:00)

Şou-biznes nümayəndələri kimsəsizlər evində

Lent.az-ın məlumatına görə, sənətçilər 16 saylı İnternat məktəbi, Psixonevroloji uşaq evi, Psixonevroloji internat məktəbi, Əlillər Evi, Təbəssüm uşaq evinə sığınan uşaqların qarşısında musiqi nömrələri ilə çıxış ediblər.

Həmin gün uşaqlar aşpaz Mehman ustanın hazırladığı yeməklərdən dadıblar, sehrbazın çıxışını maraqla izləyiblər. “Azərsun” balacalar üçün xüsusi bayram hədiyyələri təqdim edib.

Tədbir “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin, “Biz+” jurnalının informasiya dəstəyi və “Azərsun”un baş sponsorluğu ilə hazırlanıb.
Uşaq evlərində böyüyən 200 uşaq “Qoy üzləri gülsün” adlı Novruz Şənliyində maraqlı gün yaşayıblar.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1792

Oxşar yazılar