“Eurovision-2011” milli seçiminin finalçısı Norveçə gedir
Gənc müğənni sözügedən ölkədə yaradıcılıq layihələrini reallaşdıracaq. Bu barədə Lent.az-a Aynişanın anası müğənni Aybəniz Haşımova məlumat verib: “Bildiyiniz kimi, bu il qızım “Eurovision-2011”in milli seçimində iştirak edib. 4 aylıq fasiləsiz iş qrafikindən sonra onu Amerikaya istirahətə yolladım. Hazırda Aynişan Norveçə yaradıcılıq səfərinə hazırlaşır”.
Müğənni onu da əlavə edib ki, yayda qızı ilə bərabər Avropa ölkələrinə yay turnesinə çıxacaq: “Bu yay Aynişanla bərabər Avropanın bir neçə şəhərində konsertlər verəcəyik. Danimarka, İsveçrə və digər ölkələrdə çıxışlarımız olacaq”.
Lalə

664