Nüşabə Ələsgərli: “Nəticədə müxtəlif söz-söhbətlər yaranır”
15 mart 2011 17:08 (UTC +04:00)

Nüşabə Ələsgərli: “Nəticədə müxtəlif söz-söhbətlər yaranır”

Daha əvvəl də seriala çəkilən müğənni Lent.az açıqlamasında təklifi qəbul etməməsinin səbəbini belə izah edib: “Mən əvvəl də bir dəfə seriala çəkilmişəm. Çox əziyyətli işdir, amma əziyyətli olduğu qədər də insana zövq verir. Belə düşünürəm ki, yəqin oynadığım rol bəyənilib, növbəti dəfə belə bir fikrə gəliblər. Lakin işlərimin həddən çox olması mənə bu imkanı vermir. Çox vaxt müğənnilərin filmə və ya seriala çəkilməsini aktrisalar qəbul etmirlər, nəticədə müxtəlif söz-söhbətlər yaranır. Çalışdığım qədər qalmaqallardan uzaq qaçdığım və edilən təklifdən imtina etdiyim üçün, ssenari müəllifinin, eləcə də rejissorun adını açıqlamaq istəmirəm. Sonra deyəcəklər ki, Nüşabə yenə də reklam ardınca qaçır.



Yeni mahnılar üzərində işlədiyini deyən Nüşabə xanım qeyd edib ki, bəzi mahnılarını yeni aranjemanda yenidən səsləndirəcək.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 803

Oxşar yazılar