“Behlül” Bakıda
11 mart 2011 18:48 (UTC +04:00)

“Behlül” Bakıda

Lent.az-ın məlumatına görə, o, martın 11-də “Hyatt Regency” otelində mətbuat konfransı keçirib. Bu ayın sonlarında başlayacaq olan “İstanbul Shopping Festival”-ın tanıtımı üçün Bakıya gəldiyini deyən K.Tatlıtuğ ölkəmizdə xeyli dostunun olduğunu və onların dəvəti ilə gəldiyini bildirib. Aktyor qeyd edib ki, ona yaxın olan insanların istəyi ilə festivalın siması olmağa da razılıq verib.


K.Tatlıtuğ ölkəmiz haqqında da fikirlərini bölüşüb. O, azərbaycanlıların ünvanına xeyli xoş söz deyib: “İlk dəfədir, ölkənizə gəlirəm. Sizin insanlarınız çox istiqanlı, mehriban və qonaqpərvərdir. Burda çox sevildiyimi də bilirəm. Ona görə də özümü çox yaxşı, rahat hiss edirəm”.


K.Tatlıtuğun siması olduğu İstanbulda keçiriləcək “İstanbul Shopping Festival”ı 40 gün davam edəcək ki, buraya da çoxsaylı şou, konsert və moda nümayişi daxildir. Eyni zamanda hər iki gündən bir avtomobil uduşları da olacaq. Festival iştirakçıları 40 gün ərzində 20 avtomobil qazana biləcəklər.

Qeyd edək ki, K.Tatlıtuğ Türkiyədə seriallarda oynadığı rollarla Azərbaycanda da məşhurdur. Aktyor daha çox “Gümüş” və “Aşk-ı Memnu” seriallarında yaratdığı obrazlarla populyarlaşıb.


Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3345

Oxşar yazılar