Qaraqandan yenilik... - FOTO
Lent.az-ın məlumatına görə, Qaraqanın solo ifası üzərində qurulacaq müzikl, lirik-fəlsəfi mahnıların pantomim teatrının aktyor və aktrisaları tərəfindən oynanılması ilə müşayiət olunacaq. Eyni zamanda canlı akustik piano, vokal, xor və qəliz-psixoloji süjet tamaşaçıları gərginlikdə saxlayacaq.
Konsertdə Qaraqanın ilk yaradıcılıq əsərlərindən tutmuş, bu yaxınlarda çıxacaq “İşıq” albomundan parçalar da ifa olunacaq. Eyni zamanda, Şopen, Bethoven və digər klassiklərin bəstələri üzərinə YYS (Yozumsuz Yuxuların Sabahı) müəlliflərinin fəlsəfi şeirləri, psixoloji dialoqları səslənəcək.
“Mənim Qaranlığım” adlı müzikl proqram insanın daxili aləminə, onun içindəki suallara və tənhalığa yönəlmiş, bütün insanları narahat edən hisslərin qabardılması və şeirin gücünü, beyinlərə sözün təsiri və musiqinin dramatikliyini aşılayan bir göstəri olacaq.
Konsert Nokia-nın baş sponsorluğu ilə səhnələşdiriləcək.
Qeyd edək ki, Qaraqan Milli Kitab mükafatçısı, H.O.S.T qrupunun solisti, “İlin Gənci” (2008) və Azərbaycanda ən çox satılan romanların müəllifidir. O, öz ad günündə hər kəsə - “Qaranlığıma Xoş Gəldin!” deyəcək!

1258