Nüşabə Ələsgərli: “Bu cəsarət məndə var!”
05 mart 2011 17:42 (UTC +04:00)

Nüşabə Ələsgərli: “Bu cəsarət məndə var!”

Müğənni Nüşabə Ələsgərli konsert verib süni ajiotaj yaratmaqdansa, toy şənliklərində iştirakı üstün tutur. Bu barədə Lent.az-a danışan müğənni deyib ki, həmkarlarından fərqli olaraq, o, konsertinə dəvətnamə ilə insanları salona toplamaq fikrində deyil: “Bakı çox balaca şəhərdir. Burada kim nə edirsə, mütləq hamı ondan xəbər tutur. Tam səmimiyyətlə söyləyirəm ki, konsert keçirən əksər müğənnilərimiz biletlərini özləri satırlar. Konsertqabağı qohum-əqrabasına dəvətnamə göndərən müğənniləri heç cür başa düşmürəm. Nəyə lazımdır süni ajiotaj yaratmaq? Tamaşaçı sənin konsertinə gəlmirsə, niyə ona-buna acıq olsun deyə məcburən konsert salonunu doldurmağa çalışırsan? Bu sözlərim kimə aiddirsə, o, öz payını götürdü. Nüşabə Ələsgərli heç zaman qalmaqallarla gündəmə gəlmir və buna görə də ad çəkmək istəmirəm”.

Nüşabə Ələsgərli toy məclislərini əsl konsert meydanı adlandırıb: “Əgər toylarda hər axşam 400 nəfər üçün oxuyuramsa, məncə bu özü böyük uğurdur. Azərbaycanda keçirilən elə şənlikləri, dünyanın istənilən ölkəsində baş tutan toylarla müqayisə oluna bilməz. Özüm də içində olmaqla deyə bilərəm ki, toy oxumağı bacaran bir neçə həmkarım var ki, hər gün konsert proqramı kimi toy-düyünləri idarə edirlər. Sözsüz ki, toyda oxumaq da müğənnidən hünər tələb edir. Bu cəsarət məndə var!”

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 926

Oxşar yazılar