İqor Krutoyun qayınanası azərbaycanlı imiş...
Lent.az-ın məlumatına görə, yaradıcılıq gecəsində Aleksandr Serov, Layma Vaykule, İrina Alleqrova, Kristina Orbakayte, Filipp Kirkorov, Valeriy Leontev, Lara Fabian da iştirak ediblər. Krutoy konsertdə Bakı xatirələrindən danışıb. Müğənni qeyd edib ki, sənətə qədəm qoyduğu ilk vaxtlarda Polad Bülbüloğlunun kollektivində piano ifaçısı kimi fəaliyyət göstərib. Bəstəkar həmin gün heç kimin bilmədiyi bir sirri də açıqlayıb - onun qayınanası azərbaycanlı imiş...
Səhnəyə ilk olaraq Aleksandr Serov çıxıb. O Muslüm Maqomayev, Rəşid Behbudov və Polada Bülbüloğlu kimi nəhəng musiqiçilərin vətənində olmaqdan məmnun olduğunu deyib.
İrina Alleqrova isə Bakıda yaşayıb fəaliyyət göstərməsinə baxmayaraq, ölkəmiz haqqında heç nə danışmayıb. Müğənni İqor Krutoy haqqında danışmaqla kifayətlənib. Rəşid Behbudovun xeyir-duası ilə səhnəyə gələn İrinaya Azərbaycan tamaşaçıları biganə qalmayıb. Müğənni təqdim olunan gül-çiçəklə səhnədən enib.
Layma Vaykule Bakıda sənət karyerasına başladığını və bu şəhəri isti xatirələrlə xatırladığını deyib.
Bakını ən çox vəsf edən Filipp Kirkorov olub. Heyranlıq və məhəbbət dolu kəlmələrinə görə o, gecənin ən çox sevgi, alqış, çiçək görən tamaşaçısı olub.
Konsertin sonunda səhnəyə dünya şöhrətli Lara Fabian çıxıb. O, məşhur “Yuxuya bənzər məhəbbət” mahnısını ifa edib. Müğənni deyib ki, Azərbaycanı gözəl və qonaqpərvər diyar kimi xatırlayacaq.
Konsert gecədə iştirak edən bütün müğənnilərin “Qoruyucu mələk” mahnısı ilə bitib.
Lalə Yusifqızı

1122