“Xəzər” televiziyası rəsmi açıqlama yayıb
02 mart 2011 18:50 (UTC +04:00)

“Xəzər” televiziyası rəsmi açıqlama yayıb

Lent.az telekanalın rəsmi saytına istinadən xəbər verir ki, məlumatda serialın yaradıcılıq məsələlərinin Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində həll edildiyi açıqlanıb: “Xəzər” televiziyasında yayımlanan və tamaşaçıların rəğbətini qazanmış “Aramızda qalsın” serialı tamamilə Azərbaycanda istehsal edilən layihələrdəndir. Bu serialın məzmunu və cərəyan edən hadisələr Azərbaycanın adət-ənənə və milli-mənəvi dəyərlərinə uyğun mövzulardır. Serial “Xəzər” TV-nin öz studiyalarında maddi-mənəvi əmək sərf edilərək yaradılıb və Azərbaycan tamaşaçısının maraqları nəzərə alınaraq hazırlanır. Serialın ssenarisi, musiqisi, aktyorluq və digər yaradıcılıq məsələləri, habelə bununla bağlı hüquqi məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində həll edilib və həyata keçirilir.

Onu da qeyd etmək istərdik ki, “Xəzər” TV üç ildən artıqdır ki, öz fəaliyyətini uğurla davam etdirir. Bu üç illik fəaliyyəti ərzində həyata keçirdiyi layihələri müəlliflik lisenziyası əsasında yayımlayıb və gələcəkdə də bu mövqeyimizi davam etdirmək niyyətindəyik”.

Xatırladaq ki, Türkiyənin ATV televiziyasında yayımlanan məşhur “Çocuklar duymasın” serialının prodüseri və ssenaristi Birol Güvən Azərbaycanın “Xəzər” telekanalında nümayiş olunan “Aramızda qalsın” serialına qarşı məhkəmə iddiası qaldıracağını açıqlayıb. Onun sözlərinə görə, ATV telekanalının sevilən serialı “Çocuklar Duymasın” Azərbaycanda təqlid edilir. B.Güvən Azərbaycandakı serialın onlardan icazəsiz çəkildiyini iddia edib və vəkillərinə bu barədə təlimat verdiyini bildirib.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1732

Oxşar yazılar