“Səddam Hüseyn başımı sığallayıb dedi ki...”
Türkiyədə populyarlaşan “Möhtəşəm Yüz il” teleserialında Qanuni Sultan Süleymanın hərəmxanasının nəzarətçisi Sümbül ağa obrazını canlandıran 36 yaşlı Səlim Bayraqdarın şəxsi həyatı da bir filmə bənzəyir.
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, o, bir neft şirkətində çalışmaq üçün Türkiyədən İraqa gedən bir ata ilə kərküklü bir türkmən ananın oğludur.
Səlim Bayraqdar İran-İraq savaşının son günlərində oxuduğu məktəbə gələn İraq dövlət başçısı Səddam Hüseynin diqqətini çəkib. Səddam Hüseyn onun yanına gələrək başını sığallayıb və yaxşı bir əsgər olacağını söyləyib. Ancaq həm Səlim Bayraqdarın özü, həm də valideynləri bunu istəməyiblər: “Əsgər olmağım üçün mən də, ailəm də böyük təzyiqlərlə üzləşdik. Səddam Hüseyn müharibə vaxtı sərhədləri bağlayaraq, ölkədən qaçmağa çalışanların hamısının güllələnməsi əmrini verdi. Güllələnməyi gözümüzün altına alıb, davamlı geyimlərimizi dəyişdirərək at üstündə sərhədi keçdik və Türkiyəyə gəldik. Türkiyəyə qaçmağı bacarmasaydıq, İraq ordusunda əsgər olacaqdım...”

793