“Şeron” Ülvi şikayət etdi...
“Şeron” qrupunun rəhbəri Ülvi Cəfərov səhnədəki müğənni bumundan narahatdır. Gənc solist bu barədə fikirlərini Lent.az-la bölüşüb: “Gənclər arasında istedadlılar çoxdur. Amma bu demək deyil ki, hamı əlinə mikrofon alıb oxumalıdır? Məgər başqa sahələr yoxdur?”
Ülvi onu da qeyd edib ki, yeni yaranan bəzi musiqi qrupları onları özlərinə nümunə sayır: “Bizə kömək üçün müraciət edənlərə bacardığımız qədər yardım edirik. Amma bəzi gənc qrup üzvlərinin bizi özlərinə örnək götürməkləri haqda fikirlə razılaşmıram . Məncə “Şeron”dan yox, “Qaya” qrupundan nümunə götürmək lazımdır. Axı biz də gənc musiqi qruplarındanıq. Doğrudur, uğurlarımızın sayı yetərincədir. Amma bu o demək deyil ki, “Şeron” artıq kimlərəsə nümunə olub”.
Ülvi “Şeron”un yaxın vaxtda bir neçə yeni mahnını pərəstişkarlarına təqdim edəcəyini də xəbər verib.
Nəzrin

1891