Məleykə Əsədova: “Mənimlə evlənmək istəyən kişilər çoxdur”
Lent.az-ın məlumatına görə, bunu Vesti.az-a müsahibəsində xalq artisti Məleykə Əsədova deyib. O, təklikdən və problemlərdən yorulduğunu, qızına həm ana, həm də ata olduğunu dilə gətirib.
“Mən də bütün qadınlar kimi xoşbəxt və sevimli olmaq istəyirəm”, - deyən aktrisanın sözlərinə görə, seçimi doğru olsaydı, onun da evliliyi uğurlu və xoşbəxt ola bilərdi: “Ailə qurduğum şəxs bizneslə məşğul idi. Biz tamamilə ayrı adamlar idik. Bir-birimizi başa düşmürdük. Onun məşğul olduğu iş mənim üçün yad idi, eyni zamanda o da mənim sənətimi başa düşmürdü”.
Məleykə Əsədova ikinci dəfə ailə qurmaqla daha bir səhv addım atmaq niyyətində olmadığını da vurğulayıb: “Mənimlə evlənmək istəyən kişilər çoxdur. Əlbəttə ki, bəzilərinin ağzını yummaq məqsədilə ərə gedərdim. Amma bunu etməyəcəyəm. Anamın xətrinə ərə getməklə artıq bir səhv etmişəm. O vaxtlar anamın səhhətində ciddi problemlər vardı və onu kədərləndirməmək üçün bu addımı atdım...”
Aktrisa onu da bildirib ki, həyat yoldaşı onunla boşanmaq istəməyib. Buna görə də onların boşanma haqqında ərizələri hələ də məhkəmədədir.

1843