“Həkimlər Rəqsanəyə danışmağa icazə vermir”
24 yanvar 2011 13:56 (UTC +04:00)

“Həkimlər Rəqsanəyə danışmağa icazə vermir”

Bir neçə həftə öncə avtomobili ilə qəzaya düşən Rəqsanə aldığı zərbələrdən sonra hələ də özünə gələ bilməyib. Hadisə baş verən gecə evdən əsəbi və gərgin şəkildə çıxan müğənninin səhhəti düzəlmir. Bu barədə Lent.az-a onun prodüseri Təranə Səmədova bildirib.


T.Səmədovanın sözlərinə görə, Rəqsanə hadisədən sonra xeyli zəifləyib: “Rəqsanənin halı hələ də pisdir. Ayaq üstə güclə dayanır. Mənəvi sarsıntı keçirən Rəqsanə hadisə nəticəsində aldığı xəsarətlərə görə müalicə olunur. Vəziyyəti pis olduğundan mətbuata çıxmır. Buna həkimlər icazə vermir. Çox zəifdir, özünə gəlməsi bir qədər çətindir”.



T.Səmədova deyib ki, bu səbəbdən müğənninin yanvarın 30-a planlaşdırılan solo konserti yaza qədər təxirə salınıb.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 848

Oxşar yazılar