Nurlan Növrəsli üsyan etdi...
19 yanvar 2011 15:31 (UTC +04:00)

Nurlan Növrəsli üsyan etdi...

Lent.az-ın məlumatına görə, ifaçı mətbuata açıq məktub göndərib. Gənc iştirakçı tərcümeyi-halı, yaradıcılığı və nailiyyətləri barədə məktubunda geniş məlumat verib: “Hər bir Azərbaycan oxucusunu, mənə dəstək olan hər bir kəsi, KİV nümayəndələrini bu açıq məktubumla salamlayıram. İlk növbədə hər birinizə - mənə, ailəmə, Növrəsli qardaşlarına olan dəstəyə görə təşəkkürümü bildirirəm. Mən BülBül adına Orta İxtisas musiqi məktəbini Əlibaba Məmmədovun sinfini bitirmişəm, Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsini bitirmişəm. Professor Elmira Quliyevanın tələbəsi olmuşam, beynəlxalq müsabiqələrdə, mədəniyyət günlərində Azərbaycanı yüksək səviyyədə təmsil etmişəm. 2006-cı ildə Qazaxıstanda keçirilən “Cahan Dala” XI Beynəlxalq Populyar Mahnı yarışmasında və 2009-cu ildə Novorosiyskda keçirilən “Morskoy uzel” müsabiqəsində nailiyyət qazanmışam. Bundan başqa, bir çox ölkədə Azərbaycanın Mədəniyyət Günləri çərçivəsində keçirilən konsertlərdə iştirak etmişəm. 2010-cu ildə qardaşım Şahin Növrəslinin rəhbərliyi altında mən və digər qardaşım Arslan Növrəsli Avropanın 6 ölkəsində, 20-dən çox anşlaq konsertimiz olub.
“Eurovision- 2011” Milli Seçim turlarına qatılanda inanırdım və əmin idim ki, seçilsəm qələbəni məhz biz, 4 Növrəsli qardaşı Azərbaycana gətirə biləcək”.



Nurlan məktubunda nəticələrin yenidən müzakirə olunmasını münsiflər heyətindən xahiş edib: “Münsiflər heyətindən və “Eurovision” Azərbaycan Təşkilatçılarından bir daha xahiş edirəm: düzgün qərar versinlər və yaxud buna obyektiv və real səbəb göstərib, cavab versinlər. Niyə mən 18750 sms illə, 4 günlük maraqlı çıxışlarımla, 3-cü yerdə olan iştirakçı 5-liyə düşmədim. Əgər münsiflər heyətinin mənə səs vermədiyi deyilsə, bu gülünc olar. Çünki mən səhnədə sənət göstərdim, ifa göstərdim, performans göstərdim. Mən muğam, klassika, pop, “hause” janrlarında ifa etdim. Finaldan uzaqlaşdırılmaq ilk növbədə mənə, qardaşlarıma, ailəmə, sənətimin pərəstişkarlarına, mənə görə müsabiqəni izləyənlərə və muğama, kamançaya olan hörmətsizlikdir. Çünki milli elementləri 1 həftə ərzində yeganə olaraq mən səhnədə səsləndirdim. Bir daha xahiş edirəm, bütün təşkilat komitəsindən mənim finala keçmək məsələmə yenidən baxılsın, çünki sonuncu yerdə olan ştirakçı hətta münsifdən 12 bal alsa da, onun finala vəsiqə qazanmağı mümkün deyil. Yox mümkündürsə, onda niyə səs verməyə görə 2-ci yerdə olan iştirakçı orada deyil?”

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1884

Oxşar yazılar