İlhamə Qasımova: “Uşaqların içində yeganə iştirakçıyam ki…”
Müğənni Lent.az-a açıqlamasında özünə əmin olduğunu bildirib: “İfama görə özümə əminəm. Neçə ildir səhnədəyəm, təcrübəm var. Seçim barəsində heç nə deyə bilmərəm. Münsiflər heyətindən ümidliyəm. Çoxları deyir ki, “Eurovision”da şou göstərmək ön plandadır. Lakin fikir versəniz, görərsiniz ki, xaricdə şou göstərən ifaçılar səs diapazonu az olan müğənnilərdir. Səs imkanları geniş olanlar isə şou göstərmirlər. Onların məsuliyyəti daha ağırdır. Şou göstərib oxuyanda daha az həyəcanlı olursan. Tamaşaçıların fikri daha çox şouda olduğu üçün vokaldakı səhvlər gözdən yayına bilər”.
Müğənni səs imkanlarını və şou göstərmək qabiliyyətini yüksək qiymətləndirib: “Uşaqların içində yeganə iştirakçıyam ki, digərlərinin 4-5 aya əldə etdiklərini 1 aya qavrayıram. Bir də ki, şou qurmaq təkcə müğənninin işi deyil. Rejissor, stilist, xoreoqraf və digər komanda üzvləri burada əsas rol oynayır. Əminəm ki, seçilsəm, komanda şəklində gözəl bir şou olacaq. Burada mahnını yaşayıb təqdim etməkdən söhbət gedir”.
İlhamə Qasımova əməkdaşlıq etdiyi almaniyalı prodüserlərin məsləhəti ilə müsabiqəyə qatılıb: “İki ildir, müsabiqəyə qatılmırdım. O demək deyil ki, özündən əmin deyildim. İstəyirdim ki, peşəkar şəkildə çıxış edəm. Almaniyada müsabiqədə iştirak etdikdən sonra bu qərara gəldim. Orda mənə sual verdilər ki, niyə “Eurovision”da iştirak etməmisən? Mən cavab verdim, tam hazır olanda getmək istəyirəm. Prodüserlər artıq müsabiqəyə hazır olduğumu dedilər və bu il mütləq milli seçimə qatılmağımı məsləhət gördülər. Bu məsləhət məni “Eurovision”a gəlməyə məcbur etdi”.
Müğənni qalan iştirakçıların da potensialını yüksək qiymətləndirib: “İştirakçıların 4-ü də istedadlıdır. Onlara rəqib gözü ilə baxmıram. Hamısının xətrini çox istəyirəm”.
Lalə Yusifqızı

961