Aygün, Zülfiyyə və Brilyant “Tərzlərin üç dövrü”ndə birləşdilər
18 yanvar 2011 14:04 (UTC +04:00)

Aygün, Zülfiyyə və Brilyant “Tərzlərin üç dövrü”ndə birləşdilər

Lent.az-ın məlumatına görə, layihə ilə bağlı bu gün mətbuat konfransı keçirilib. Layihənin yaradıcı rəhbəri Dmitri İskakov deyib ki, hər üç ulduz son onilliyi müxtəlif imiclərlə yenilənmiş obrazlarla təqdim edəcək: “Səksəninci illərdən bu günə qədər olan zaman kəsiyi fərqli çalarla təqdim olunacaq. Müğənnilərimiz fotoşəkillər və videoçarxlarla fantastik əhval-ruhiyyə yaradacaqlar”.


İskakov onu da qeyd edib ki, layihə üçün hazırda xüsusi mahnılar yazılır və bu mahnıları sözügedən müğənnilər birlikdə oxuyacaqlar: “Bu, sözün əsl mənasında trio olacaq. Düşünürəm ki, bu da şou-biznesin ilklərindən sayılacaq”.


Qeyd edək ki, mart ayında müxtəlif jurnalların üz qabığında müğənnilərin fotosessiyaları işıq üzü görəcək. Daha sonra şəhərin məşhur məkanlarından birində layihənin geniş təqdimatı olacaq.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 932

Oxşar yazılar