“Qala” qrupu dağılıb?
18 yanvar 2011 10:38 (UTC +04:00)

“Qala” qrupu dağılıb?

Xəbərə görə, qrupun əsas solisti Ceyhun qrupdan uzaqlaşıb, hazırda solo fəaliyyət göstərir. “Qala”nın repertuarındakı mahnılarının çoxunun müəllifi Ceyhun olduğu üçün digər iki ifaçı həmin mahnıları şou-proqramlarda və televiziya verilişlərində oxuya bilmir.


Solist Ceyhun Lent.az-a açıqlamasında “Qala”nın əvvəlki kimi fəaliyyətinə davam etdiyini deyib: “Xəbərin bu şəkildə yayılmasının səbəbi bizə məlumdur. Necə istəyirlər, elə də şərh etsinlər. Qrup əvvəlki kimi fəaliyyətini davam etdirir”.


Ceyhun hazırda Ayaz Qasımov, Günel Ələkbərova, Əlikram Bayramov və digər müğənnilərlə əməkdaşlıq etdiyini də deyib: “Adını sadaladığım müğənnilər müəllifi olduğum mahnılarımı oxuyurlar”.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1683

Oxşar yazılar