“Eurovision-2011”in milli finalçıları
18 yanvar 2011 10:33 (UTC +04:00)

“Eurovision-2011”in milli finalçıları

“Eurovision-2011” müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyənləşməsi üçün keçirilən milli seçimlərin final mərhələsinə vəsiqə qazanan beş ifaçının adı məlumdur. Lent.az-ın məlumatına görə, bunlar İlhamə Qasımova, İlqarə İbrahimova, Eldar Qasımov, Aynişan Quliyeva və Nigar Camaldır. Ümumilikdə finala keçmək uğrunda bu beş iştirakçı ilə yanaşı Nurlan Növrəsli, Çingiz Mustafayev, Arzum Xəlilova və Günay İbrahimli də mübarizə aparıb. Lakin tamaşaçı və münsiflər heyətinin səsverməsi nəticəsində yuxarıda adı çəkilən 5 ifaçıya finala çıxıb.


Qeyd edək ki, tamaşaçı səsverməsinə görə, İlhamə Qasımova 1-ci, İlqarə İbrahimova 2-ci, Nuraln Növrəsli 3-cü, Arzum Xəlilova 4-cü, Aynişan Quliyeva 5-ci, Eldar Qasımov 6-cı, Çingiz Mustafayev 7-ci, Nigar Camal 8-ci, Günay İbrahimli isə 9-cu olub. Münsiflər heyətinin payına düşən 50% səsvermədən sonra isə bu nəticələr dəyişib.


Azərbaycanı “Eurovision-2011”də təmsil edəcək ifaçı fevralın ilk günlərində keçirilməsi nəzərdə tutulan final konsertində bu beş iştirakçı arasından seçiləcək.


Banu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1185

Oxşar yazılar