Günel Zeynalova: “Bilmirəm, niyə bunu mənə edir...” - MÜSAHİBƏ
Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalovanın Lent.az-a müsahibəsi
- Türkiyə mətbuatı haqqınızda xəbər yazıb...
- ...Günel kimdənsə mahnı alıb, hə?
- Yox, sizin Rza Zərraba qarşı məhkəmə iddianız təmin olunmayıb. Türkiyə məhkəməsi şikayəti yetərli saymayıb. Sizin məhkəməyə vəd etdiyiniz səs qeydləri təqdim edilmədiyi üçün.
- Mən onu bura gəlməmişdən öncə eşitdim. Vəkilimə dedim, vəkilim də məhkəmədə aydınlaşdıracaq. Var, sübut əlmizdədir. Açıq ürəklə deyə bilərəm. Lakin Azərbaycana gəldiyim üçün burdakı işlərimə görə məhkəməni təxirə saldım. Ora gedən kimi o problemlər aradan qaldırılacaq. Heç vaxt onu günahsız görməmişəm və görməyəcəm də!
- Son vaxtlar Azərbaycana gəlişiniz birmənalı qarşılanmır. Fikirlər gəzir ki, Günel artıq orda öz dayağını, dəstəyini itirib, Türkiyə şou-biznesindən qopur.
- Yox, belə bir şey yoxdur. Ən böyük dəstək İbrahim Tatlısəsin dəstəyidir və o, həmişə mənim arxamdadır. Türkiyədə mən heç yerdə görünmürəm. Bu yaxınlarda ancaq bir kafedə yaxalaya bildilər. Çünki heç bir yerə çıxmıram. Disk çıxdığı zaman piarım başlayır. Piar olduğu vaxt artıq verilişlərə qatılıram. Bir yerdə ona görə görünmürəm ki, kaset hazırlığındayam. Kasetim hazır olan kimi artıq kanallarda görünəcəm. Kökündən yalnış dedi-qodudur!
- Axı bu yaxınlarda Pətək Dinçözün proqramında gördük sizi...
- Ona söz vermişdim deyə çıxdım. Bura gəlməzdən əvvəl Məhmət Əli Ərbil və digərləri proqramlarına dəvət etdilər, imtina etdim.
- Seda Sayan o proqramdan sonra yenə dəvət edib?
- Etdi, getmədim.
- Ondan sonra münasibətləriniz hansı yerdədir?
- Mən ondan sonra görməmişəm onu. Görüşməmişəm. Görüşəndə sözümü deyəcəm ki, sən izn vermədin mən sözümü deyəm!
- Başqa kimlər bu günlərdə sizi görmək arzusundadır?
- Sibel Can çağırdı. Ona bir az küskünlüyüm var idi, o da keçdi. Bilirsən, artıq heç nə mənim üçün əhəmiyyətli deyil, öz işimdəyəm, küskünlüklərə, intriqalara vaxt ayırmaq istəmirəm. Maraqlı deyil mənim haqqımda nə deyirlər, nə yazırlar. Artıq oxumamağa çalışıram. Bura gəlməmişdən qabaq eşitdim ki, haqqımda yazıblar ki, “o şəxs”dən (Rza Zərrabı nəzərdə tutur) mahnı almışam. Onun imzası olan bütün mahnıların hamısı İlyas Keçəciyə aiddir. Onların öz problemidir, məni maraqlandırmır, nə qədər verilir, neçəyə satılır. Elə “Adı yok” mahnımda da o ad yazılmışdı. Mən heç kimdən mahnı almamışam, almaram da!
- Ebru Gündeşin nüfuzu, Türkiyə şou-biznesində ağırlığı sizə mane olmur?
- Yox. Əsla! Əksinə, o artıq əvvəlki nüfuza malik deyil. Onu sevənlər indi məni daha çox sevirlər. O, həyatında böyük bir səhv etdi, hamı da qınayır.
- Lakin hamı hədiyyə verir, xoş sözlər deyir.
- Etsinlər. Amma onun hamısı pulla əlaqəlidir.
- Mətbuatda Ebru haqqında çıxan xəbərlər sizdə hansı təsir yaradır?
Bir gün yazırlar, həyat yoldaşı maşın aldı, bir gün yazırlar maşını satdı, daha bahalısını aldı...
- Mən onu maddi duruma görə qəbul etməmişdim. 7 ildə maddiyyata dəyər verib faydalanmadım ki, indi də onun aldığı-bağışladığı mənim üçün maraqlı olsun. Vallah, mən hələ də kirayə qalıram. Maşınım da yoxdur. İnşallah, bu yaxınlarda alacam, Allaha şükür, işlərim yaxşı gedir. Maşın alacam, onunla da gəzəcəm. Mənə kiminsə maşın almağı lazım deyil.
- Bəstəkar Nazimlə münasibətiniz yeni şayiələrə səbəb oldu.
- Başqa mənaya çəkdilər, amma bu dəstəyi ailəm verdi. Ailədən dəstək almaq ən gözəl şeydir. Ailmədən və sənət yoldaşlarımdan dəstək aldım. Nazim tək deyildi, Röya və Nazpəri xanımdan böyük dəstək gəldi. Onlardan ziyadə də dəyərli insanları var, lakin adlarını çəkə bilmərəm.
- Sizə indiyədək yaxşı şərait, var-dövlət təklif edən oldumu? Cavansiz, gözəlsiz...
- Yox, bu təklif o adamı sıxar bir az! (Gülür) Mən ortalarda qalan insan deyiləm. O təklifi evlənib- boşananlara, kömək gözləyənlərə deyərlər. Adım üstümdə, hər şey normaldır!
- Niyə həmişə haqqınızda şayiələr dolaşır?
- Demək, varam ki danışırlar, qoy danışsınlar!
- Bizim mətbuat, yoxsa Türkiyə mətbuatı sizə daha obyektiv yanaşır?
- Türkiyədə, daha çox orda. Burda da mənə mətbuat yaxşı münasibət göstərir. Amma bir nəfər qərəzli jurnalist var, adını da bilmirəm, lakin eyni adamdır, haqqımda ancaq yalan və pis yazılar yazır. Bilmirəm, niyə və nə üçün bunu mənə edir...
Lalə YUSİFQIZI

4023