Azəri Günel əliboş döndü
Azəri Günel və anası Zöhrə Zeynalova müğənninin sabiq sevgilisi Rza Zərrabın onları təhdid etdiyini iddia edərək məhkəməyə üz tutublar.
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, iddia ərizəsində qeyd olunub ki, Rza Zərrab bir qəzetə Günel haqqında açıqlama verib.
Bununla bağlı Zöhrə Zeynalova Rza Zərraba zəng vuraraq, qızı haqqında əsassız sözləri niyə söylədiyini soruşub. Rza Zərrab isə “Sizi öldürərəm, öldürdərəm” deyərək onları təhdid edib.
İfadəsi alınan Günel Rza Zərrab ilə telefon danışıqlarını lentə yazdıqlarını, telefonundakı SMS-ləri də təqdim edəcəyini bildirib. Ancaq müğənni bu dəlilləri təqdim etməyib. Rza Zərrab isə Güneldən ayrıldıqdan sonra ona bir neçə dəfə zəng açan müğənninin bir daha onu narahat etməməsini istədiyini bildirib. Rza Zərrab ana və qızı ölümlə təhdid etmədiyini də dilə gətirib.
Müstəntiq bütün bunlardan sonra işi baxılmamış saxlamağa qərar verib. Əsas kimi də Rza Zərrab haqqında cinayət işi açmağa yetəcək dəlil tapılmadığı göstərilib.

1654