Müğənni Zamiq: “Ləzzət alıram o qızdan...” - MÜSAHİBƏ
Müğənni Zamiqin Lent.az-a müsahibəsi
- Son müsahibəmizdə sən subay idin, bu qədər də məşğul deyil. Nələr dəyişib?
- Dəyişən heç nə yoxdu. İnsanın musiqi dünyası genişlənir, dünya görüşün artır, həyata baxışın dəyişir.
- Əvvəllər səninlə söhbət edəndə daha ürkək, jurnalistlə söhbətdə bir az naşı, kobud dillə desək, xam idin. İndi daha ehtiyatlı, kəlmələrində daha düşünənsən. Bunlar hamısı evləndikdən sonra gördüklərimdi. Əvvəl daha aqressiv, hər şeydən qıcıqlanan idin. İndi enerji saçırsan...
- Əslində mən həmişə belə olmuşam. Sevincimi hamı ilə paylaşmışam. Nə olursa, əvvəldən insanın qabında var imiş. Hər şeyi gündən-günə başqa cür hiss edirsən. Deyirsiz, iki il əvvəl xam danışırdın. Belə olur, bir dəfə xam danışıram, iki dəfə, üçüncü, dördüncü dəfə artıq bir-birimizə öyrəşirik, səmimi danışırıq.
- Mən əksini düşünürəm, bəlkə əvvəllər daha səmimi idin, indi daha ehtiyatlı, ölçüb-biçən olmusan.
- Hamıda belədir. Hamı ölçülü-biçili və öz mənafeyinə uyğun danışır. Heç kim öz əleyhinə danışmaz. Bilirsiz, əvvəllər hər şeyə inam var idi. Bu gün heç nəyə inam yoxdur. Söhbət mətbuatdan yox, insanlardan gedir. Elə yaxınlarımdan bu iki il ərzində zərbələr aldım ki! Artıq həyata başqa gözlə baxıram. Əvvəl özün, sonra ətrafdakılar... İndi daha çox Allaha inanmağa başlamışam. Yatanda da duranda da, hər bir addımımda Allaha şükür edirəm. Heç nədə, dünya malında gözüm yoxdur, həmişə bu sözü deyirəm, Allah insanlara qəlblərincə versin.
- Amma müğənni ambisiyalı olmalıdır, gərək məqsəd olsun ki, sonunda uğur da gəlsin.
- Mən bir söz deyim. Qəlbincə versin o deməkdir ki, qəlbi düz olmayan nə edir-etsin, əgər düz deyilsənsə, nəticə olmayacaq.
- Sənətdə uğuru olan adamların hamısının qəlbi təmizdir?
- Nə vaxtsa yaxşı iş görüb. Allah ona verib və sınağa çəkib. Qudurduqca insan bilmir ki, dünya fanidir. Yaşadıqca görürsən ki, heç nə yaşamamısan. Ona görə də hər şeyə real baxmaq lazımdır. Məsələn, bu yaxınlarda mən Türkiyədə idim. Tamam başqa məqsəd üçün getmişdim. Ürəyim istədi gedəm, istirahət edəm. Təyyarəyə minəndən qayıdana kimi müxtəlif insanlarla tanış oldum, yolboyu... Düzdü, istəyim var hər şey yaxşı olsun, amma yenə də istədiklərim gözlənilməz bir yerlərdən gəlir, həmişə belə olub... Bəzən ailəmlə söhbət edəndə baxırlar, deyirlər, 5-6 il bundan əvvəl sən də bizim kimi idin. Yoldaşlarım deyir, bir neçə il əvvəl sən də bizimlə bir həyətdə oynayırdın, bu gün səni bütün Azərbaycan tanıyır. Mən bunu özümdə təsəvvür etmirəm, kənardan baxan insan deyir. Baxırsan ki, dəhşətdi, möcüzədir.
- Belə düşüncədə olan sənət adamları azdır. Belə fikirlərinlə özünü şou-biznesdə tək hesab edirsən, yoxsa ətrafında səninlə həmfikir olan var?
- Hamının öz fikri var, heç kimin fikrini öyrənmək mənə vacib deyil. Ətrafımda olan insanlar yaxşı insanlardır. Mənimlə turnedə olan Röyadan danışım. Ləzzət alıram o qızdan. Allah var eləsin, yaxşı gəliri, qazancı var, ailəsi var, xoşbəxtdi bu insan. Deyir, “filan vaxt mağazaya getdim, 700 dollar şalvara verdim, hələ də yadımnan çıxmır, mən niyə o şalvara bu qədər pul verdim, nəyə görə mən 700 dollar şalvara verməliyəm! Gedib elə 100 dollara alaram da!” Mənə ləzzət edir, ləzzət alıram ki, gör necə hər şeyin dəyərini bilir. Bunu mən heç harada danışmamışam. Oturmuşduq yoldaşının restoranında, kabinetdə, Röya gəldi, uşaqlara dedi, uşaqlar on dəqiqəyə burdan çıxaq, bura müştərilər gəlir. Öz-özümə fikirləşdim, gör nə böyük insandı bu. Hər şeyin yerini bilir, hər şey axarında olmalıdır. Başqası olsaydı, deyərdi mənim sənət dostum burdadı, adam gəlməsin. O qazanc o söhbət deyil ha, bəlkə Röyanın orda oturmağı o gələn müştəridən beşqat qazanclı söhbətdi. O fikirləşdi ki, bu da həyat yoldaşımın ruzisidir. Mən kənardan ona baxıb ləzzət alıram.
- Röyanı ideal həyat yoldaşı kimi qələmə verdin. Bəs özündə vəziyyət necədir? İdeal bir həyat yoldaşı seçdiyinə inanırsan?
- Mən sizə deyim ki, təbii ki, hər bir şey insanın istədiyi kimi ola bilməz. Nə isə ya düzələcək, ya da düzəlməyəcək… Ya düzələcək, ya düzəlməyəcək nəyə görə, bilirsiniz? Zənnimcə, hər bir qadın kişiyə tabe olmalıdır. Mən dədə-babadan belə görmüşəm, belə da yaşayacam, qadın kişiyə tabe olmalıdır. Qadın kişinin pasportudur. Evdən çıxırsa, sənin şəxsiyyət vəsiqəndir, artıq deyirlər Zamiqin həyat yoldaşı çıxdı. Röya çıxırsa, deyirlər, Anarın yoldaşı çıxdı. Hər bir söz mənə gələcək, qadının kişiyə deməsi ki, sən bunu etdin, qadınlarla bir yerdə oturdun, onda mən də kişilərlə oturacam, bu düzgün müqayisə deyil. Qadının başqa yeri var, kişinin başqa yeri. Bu çox dərin məsələlərdi və vaxt getdikcə, zamanla bilinəcək. Təbii ki, çalışırlar, çalışırsan ki, öyrəşsin. İnsan istəmir ki, kiməsə tabe olsun, istəyir ki, özü kimi yaşasın.
- Uzaq səndən, şou-biznesdə boşanmalar, artıq kişi müğənnilərdə özünü göstərir…
- …mən sizə bir söz deyim. Pul elə bir şeydir ki, adi insanlara da təsir edir. Sadəcə, şou-biznes adamları üzdə olduğuna görə belədir.
- Bax, mən bunu sənə sual vermək istəyirəm ki, belə halların baş verməməsi üçün həyat yoldaşınla əvvəlcədən problemə səbəb olacaq məqamlara aydınlıq gətirmisən? Misal üçün, Samir Piriyevin boşanması gözlənilməz idi, bu nəticəyə sənəti səbəb olub.
- Əslində mən bu sözdən sonra şoka düşdüm... Hər insan müğənnini başa düşmür.
Tədbir deyəndə, qadın uşaq, gələcək, nəsil naminə fədakar olmalıdır. Samir də oturar deyər ki, üç gün toya gedim gəlim, ailəmi saxlayım. Amma o, övladının gələcəyi üçün çox çalışır. Bəyəm ona xoşdu, təyyarə ilə gah ora, gah bura gedirdi.
- Sən o məqamları başa salıb, ailədaxili razılaşma əldə etmisən?
- Bu barədə danışmamışıq. Düzdü, mənim də işlərim çox olub. Çalışmışam ki, həmişə yanımda olsun. Amma elə yer var ki, o mənim yanımda ola bilməz. Orda söyüş də ola bilər. Ona görə də qadın kişini başa düşməlidir. Bizi qəbul edib gəlmisənsə, sənətçiyə ərə getmisənsə, bilirsən ki, evin kişisi budur, sənin kişin də bu sənətlə səni saxlayacaq. Düzdü? Ona görə də hər şeyi fikirləşmək lazımdır, yəni fikirləşib ərə gəlmək lazımdır. Oğlan zorla gedib qız almır ki? Qız öz razılığı ilə gəlibsə, çalışmalıdır ki, hər şeyi özünə, ərinə, uşağına qurban eləsin. Xəyanət yoxdur ki burda? Allah heç kimə qismət eləməsin, mən bir xəyanətdə ayrılıq görə bilərəm. Ər də xəyanət edəndə düzgün deyil. Həyat dəyişib, insanların fikri dəyişib…
- Sizə baxanda fərqli ikili görürəm - sən mental düşüncə tərzinə malik, xanımın sərbəst, ayaq üstə durmağı bacaran xanımdır. Adama uzaqdan elə gəlir ki, aranızda fikir ayrılığı var. Mənə elə gəlirdi ki, seçdiyin qız daha çox məişət əhval-ruhiyyəsində olacaq.
- Mən həmişə istəmişəm ki, xanımım musiqidən danışanda musiqini bilsin, kinodan danışanda kinonu bilsin. Xanım-xatın insanı mən çox sevirəm.
- İstədiyini əldə edə bilmisən?
- Təbii, əldə edə bilmişəm və edə bilmədiklərim də inşallah, zamanla düzələr. Yenə deyirəm, nə isə düzəlməsə... Kişinin səhvi yoxdur heç vaxt...
- Həyat yoldaşının iş başında olması, özünə aid bir işlə məşğul olması səni narahat etmir ki?
- Yox, o heç bir işdə yoxdur. Evləndiyim gündən heç bir işdə işləmir.
- Sənin seçimindir?
- Təbii ki. Nə qədər mənim yanımda olacaq, Allah bizə can sağlığı verəcək, mən işləyəcəm, o heç bir yerdə işləməyəcək. Yanımda olacaq. Yəni heç bir işdə olmayacaq. Qarşı dursa ki, mən filan yerdə işləmək istəyirəm, o mənim yanımda olmayacaq.
- Belə sərt danışma, həyat yoldaşın müsahibəni oxuyacaq yəqin...
- Bu məni fikrimdir. Hərənin öz fikri var, hamının fikrinə mən hörmətlə yanaşıram. Heç kimin fikri bir-birilə üst-üstə gəlmir.
- Bax, Zamiq, həyat yoldaşın bu qədər fədakarlıq etdi...
- ...fədakarlıq edib neylədi?
- İşindən vaz keçdi.
- İş bəyəm ailədən önəmlidir?
- İnsanın sevdiyi bir işdən ayrılıb, sevdiyinin yanında olması fədakarlıq deyilmi? Hər halda, bir sevdiyini o biri sevdiyinə qurban verdi.
- Mən qadının yerində olsam, belə düşünərdim, həyat yoldaşım məni dolandırırsa, iş nəyə lazımdır.
- İnsanın özünə aid məşğuliyyəti olmalıdır.
- Ola bilər. Ola bilsin, sabah mən nə isə bir iş qurum və ona tapşırım ki, nəzarət etsin. Onun mənə gəliri lazım deyil, sadəcə, fikrini dağıtsın.
- Yaxşı, sən ondan ötrü nədən vaz keçmisən?
- Mən nədənsə vaz keçməliyəm? Evin kişisiyəm, məni belə də görüb sevib, qəbul edib, gəlib. Nəyə görə fədakarlıq edib sənətimi atmalıyam?
- Söhbət sənətdən getmir. Misal üçün, həyatında dünən çoxlu qızlar var idi...
- Onsuz da onlar olmayacaq. Heç vaxt olmayacaq. Bilirəm ki, yoldaşım qısqancdır. Başqa bir yerdə oturanda orda xanım olanda narahat oluram. Əslində o bilməyəcək. Sadəcə, içimdə narahat oluram, sağollaşıb çıxıram. Hissiyyatımla da onun hislərinə hörmət etmək istəyirəm. Heç bir şey ağlına gəlməsin. Bu dəhşətli hislərdir, sözlə ifadə edə bilmərəm. Çox maraqlı fikirlərdir.
- O sənin ilk sevgindir?
- Yox, mənim sevgilərim olub. Lakin həyat seçimim odur.
- Bilirəm ki, inşallah, ata olmağa hazırlaşırsan. Bu səndə hansı dəyişikliklər yaradacaq? Gələcəyi düşünəndə nələri planlaşdırırsan?
- Düzü, elə bir şey fikirləşmirəm. Hələlik həyatımdakı kələ-kötürləri hamarlayıram. Yaxşı fikirləşirəm, hər şey yaxşı olacaq deyirəm. İndidən düşünüb özümü yormaq istəmirəm. Onun da həyata gələndə düşünəcəm.
- Eşitmişəm, qız övladı istəmirsən.
- Çox ürəyimdən keçir ki, oğlum olsun.
- Niyə?...
- Bilmirəm. Allah verənə Allah da bərəkət versin, layiqli övlad olsun.
- O xəbəri eşidəndə nə hiss elədin?
- Maraqlı gəldi mənə. Bu barədə hələ danışmamışam. Tək qalanda düşünürəm, nə oldu, nə baş var verdi... Səhvlər də var, onu düzəltməyə cəhd də var. Hər şeyi tək qalanda düşünürəm. İnsanın gözü birdən doyur. Çox maraqlı həyatdı vallah, deməli deyil.
- Romantizm ancaq düşüncələrdə özünü göstərir? Həyat yoldaşına yemək hazırladığın, maraqlı jestlər etdiyin vaxtlar olur?
- Mən evdar xanımı çox sevirəm. Ürəyimcə olur ki, xanımım zəng edib desin, filan yeməyi bişirmişəm, heç yana getmə, gəl, birlikdə yeyək. Ölürəm elə şeylər üçün... Qadın həyatını sənə bağlasın, hər şeyi sənin üçün etsin. Onda yatanda da rahat yata bilirsən, bilirsən kimsən, bu gün nələr etmisən. Belə şeylərdən mən ləzzət alıram: “Bunu edim, görüm yoldaşım bəyənəcək?” Belə şeylərlə mənə sevgisini göstərsin. Yoxsa mən gedim işə, mən gedim filan yerə...
- Hansısa yaxşı əməl bir insanın xarakterilə bütünləşibsə, olacaq, məcburi cəhddirsə, demək müvəqqətidi...
- Düzdü. Amma insanı yönəltmək da olar. Mən heç vaxt yemək bişirməmişəm. Elə olub ki, özüm ona yemək aparmışam, çay, yemək gətirmişəm. Bu mənim qəlbimdən gələn hisslərdir. Bir də görürsən, qolumu çırmayıb, nəsə bişirirəm. Belə şeylərdən ləzzət alıram. Məni də başa düşmək lazımdır. Xüsusən musiqidə olan insanları xanımları başa düşməlidir. Bizim işimiz ünsiyyətdən keçir, hamı ilə yaxşı olmalıyıq. Hamı ilə yaxşı davranmalıyıq. Bunu da xanım qəbul etməlidir. Qəbul etməyəndə də özünə edir.
- Xoşbəxtsən?
- Təbii ki, hə. Hər ailədə söz-söhbət olur. Bəzən nələrəsə peşman olursan. Deyirsən, kaş olmazdı. Çalışmalısan ki, hər şeyi xoşbəxtliyə doğru aparasan. Mən bu gün xoşbəxtəm. Allah həmişə xoşbəxt eləsin. Hər şey onun əlindədir. Bəzən insanlar səhvlər edir, mən o səhvləri bağışlamıram. Bu mənim həyat praktikamda olub. Səhv edən dostları bağışlamıram. Bağışlasam da ötəri olur. Onsuz da mənim qatarım gedir. Bu mənim sənətimdir. Çağıracaqlar oxuyacam, çağırmayacaqlar oxumayacam. Gözütox adamam. İstəyirəm ruzimi rahat, kişi kimi yeyim. Ailədə tələbkaram, hər şeyi qurban etməyi də bacarıram, bəzən fikirləşirəm ki, illərdi əziyyət çəkib gəlmişəm. Hər şeyi atıb ailəmə qurban versəm, ailəm bunu istəməməilidir. Çünki Allah istedadı mənə veribsə, bildiyi bir şey var. İnsan insanı anlamalıdır.
Lalə Yusifqızı

1269